525.Az

İsrail Yəmənin paytaxtına zərbələr endirib


 

İsrail Yəmənin paytaxtına <b style="color:red"> zərbələr endirib</b>

İsrail ordusu Yəmənin paytaxtı Səna şəhərinə hücum edib.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təxliyə xəbərdarlığından sonra İsrail ordusu Səna beynəlxalq hava limanına və digər məntəqələrə hava zərbələri endirib.

Hava limanı İsrail Müdafiə Qüvvələrinin (IDF) döyüş təyyarələrinin hücumlarından sonra tamamilə sıradan çıxıb.

İsrail ordusu hava limanı ilə yanaşı, paytaxtın şimalında yerləşən elektrik stansiyalarına və sement zavoduna hücumlar həyata keçirib.

İsrail ordusundan verilən açıqlamada, Hərbi Hava Qüvvələrinin bir gündə ikinci dəfə Yəməndəki Husi rejiminə aid hədəflərə hücum təşkil etdiyi bildirilib. Husilərin hava limanındakı infrastrukturunun hədəfə alınaraq dağıdıldığı, hava limanının tamamilə sıradan çıxdığı qeyd olunub.

İbrahim Cəfərov

 





06.05.2025    çap et  çap et