525.Az

İran və ABŞ danışıqlarının 4-cü raundunun tarixi və yeri açıqlanıb


 

İran və ABŞ danışıqlarının 4-cü raundunun <b style="color:red"> tarixi və yeri açıqlanıb</b>

İran-ABŞ danışıqlarının 4-cü raundunun tarixi və yeri açıqlanıb.

525.az xəbər verir ki, bu barədə İranın “Nour News” xəbər agentliyi adı açıqlanmayan rəsmiyə istinadən məlumat yayıb.

Bildirilib ki, danışıqların dördüncü raundu mayın 11-də Omanın paytaxtı Maskatda keçiriləcək.

Xatırladaq ki, ABŞ və İran arasında nüvə müzakirələrindən ikisi Maskatda, biri isə İtaliyanın paytaxtı Romada keçirilib.

Tərəflər görüşdən sonra verdikləri bəyanatlarda danışıqların müsbət atmosferdə keçdiyini qeyd ediblər.

İbrahim Cəfərov

 





06.05.2025    çap et  çap et