525.Az

Hakan Fidan Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısına qatılacaq


 

Hakan Fidan Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısına <b style="color:red"> qatılacaq</b>

Türkiyənin xarici işlər naziri Hakan Fidan mayın 8-də Polşanın paytaxtı Varşavada keçiriləcək Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı çərçivəsində keçiriləcək sessiyada iştirak edəcək.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fidan Varşavada keçiriləcək görüş çərçivəsində Avropa Komissiyasının vitse-prezidenti/Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Kaya Kallas və Aİ-yə üzv dövlətlərin, namizəd və potensial namizəd ölkələrin xarici işlər nazirləri ilə görüşəcək.

İclasda Avropanın xarici və təhlükəsizlik siyasətində mövcud problemlərin, xüsusilə də artan müqavimət təhdidlərinə qarşı mübarizənin müzakirə ediləcəyi gözlənilir.

Bundan əlavə, struktur dialoq mexanizmlərinin davam etdirilməsi, Gömrük İttifaqı və ticarət əlaqələrinin günün tələblərinə uyğun modernləşdirilməsi və viza məsələlərinin Türkiyənin prioritetləri arasında olduğu vurğulanacaq.

İbrahim Cəfərov

 





06.05.2025    çap et  çap et