525.Az

Almaniyanın yeni kansleri seçildi


 

Almaniyanın yeni kansleri <b style="color:red"> seçildi</b>

Almaniyada Baş nazir seçimi ilə bağlı dünya gündəmində “böyük sürpriz”ə çevrilən böhran aradan qaldırılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Fredrix Merz ölkənin yeni kansleri olub.

İlk turda təəccüblü şəkildə seçilməyən Xristian Demokrat İttifaqının (CDU) lideri ikinci turda parlamentdən təsdiq almağı bacarıb.

Xatırladaq ki, Almaniyanın əvvəlki kansleri Olaf Şolts idi.

İbrahim Cəfərov

 





06.05.2025    çap et  çap et