525.Az

Oğrular dəmiryol xəttində hərəkəti iflic etdi


 

Oğrular dəmiryol xəttində hərəkəti iflic etdi<b style="color:red"></b>

Həftəsonu İspaniyada baş verən oğurluq hadisəsi Madrid-Sevilya xətti üzrə qatarların bir neçə saat hərəkətsiz qalması ilə nəticələnib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, oğrular 150 metrlik mis kabeli oğurlayıblar.

Bu da kabellər bərpa olunana kimi qatarların hərəkətsiz qalmasına səbəb olub.

Əslində, oğurlanan materialın qiyməti o qədər də böyük deyil - təxmini 300 avro. Amma hərəkətdə yaranan fasilənin vurduğu ziyan dəfələrlə çoxdur. 

Hətta ölkənin nəqliyyat naziri Oskar Puente baş verənləri  sabotaj adlandırıb. Hər halda, polis olanları hələlik adi oğurluq hadisəsi qəbul edərək araşdırmalara başlayıb.

Qeyd edək ki, İspaniyada ötən il 4433 bənzər oğurluq edilib ki, onların da əksəriyyəti dəmir yol xətlərində baş verib.

L.Tağıyeva

 





06.05.2025    çap et  çap et