Hindistanın Hərbi Hava Qüvvələri Pakistanla sərhəddə 2 günlük hərbi təlim keçirəcək.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin HHQ rəhbərliyi məlumat yayıb.
Təlimlər sabah yerli vaxtla 21.00-da (Bakı vaxtı ilə 19.30) başlayacaq və cümə günü 03.00-a (01.30) kimi davam edəcək.
Qeyd edək ki, təlim müddətində yaxınlıqdakı hava limanlarının fəaliyyəti dayandırılacaq.
L.Tağıyeva
çap et