525.Az

Avtomobili 2 yaşlı uşaqla birlikdə qaçırdı


 

Avtomobili 2 yaşlı uşaqla birlikdə qaçırdı<b style="color:red"></b>

ABŞ-də hər gün onlarla avtomobil oğurluğu faktı qeydə alınır. Amma bu dəfəki oğurluq nəinki yerli, dünya mediasının gündəminə düşüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən hadisə Nyu-Yorkda baş verib.

32 yaşlı qadın 2 yaşlı uşağını avtomobildə qoyaraq mağazaya girib. Az sonra avtomobil naməlum şəxs tərəfindən qaçırılıb. Salonda körpənin olması belə cinayətkarı fikrindən yayındırmayıb.

Doğrudur, cəmi 10 dəqiqə sonra polis qaçırılan avtomobili saxlaya bilib. 34 yaşlı Moris Stivens həbs olunub, uşaq və avtomobil isə qadına qaytarılıb. 

Qeyd edək ki, dindirilmə zamanı əvvəllər qadağan olunan maddələri saxladığına görə həbsdə yatan Stivensin zərərçəkənlə tanış olduğu bilinib.

L.Tağıyeva

 





06.05.2025    çap et  çap et