525.Az

Azərbaycanda neft kəmərlərində olan itkilərin həcmi açıqlanıb


 

Azərbaycanda neft kəmərlərində olan itkilərin həcmi açıqlanıb<b style="color:red"></b>

Ötən il Azərbaycanda neft kəmərlərində 4,5 min ton itki olub, bu da illik müqayisədə 18,4% çoxdur.

525.az-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2023-cü ildə respublika üzrə neft kəmərlərində itkilər 3,8 min ton təşkil edib.

Qeyd etmək lazımdır ki, ötən il Azərbaycanda neft kəmərləri ilə 38 752,1 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 2,5% azdır. Nəqletmənin 76%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 29 470,9 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 2,4% azdır.

Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82%-i və ya 24 172,5 min tonunu Azərbaycanda hasil edilən neft, 18%-i və ya 5 298,4 min tonunu (1,1% artım) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

 





07.05.2025    çap et  çap et