525.Az

Floridada faciə - timsah qadını parçalayıb


 

Floridada faciə -<b style="color:red"> timsah qadını parçalayıb</b>

ABŞ-nin Florida ştatında faciə yaşanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Orlandonun cənubunda yerləşən Kissimmee gölündə bir qadın avar çəkərkən timsahın hücumuna məruz qalıb.

Florida Balıq və Vəhşi Təbiəti Mühafizə Komissiyasından (FWC) bildirilib ki, bədbəxt hadisə çərşənbə axşamı, saat 4 radələrində baş verib.

Komissiyanın açıqlamasında timsahın qadını suya çəkdiyi və cəsədi yaxınlıqda tapılana qədər bir daha suyun üstündə görünmədiyi qeyd olunub.

Əraziyə timsah ovlayan göndərilib. Lakin timsah tapılmayıb.

İbrahim Cəfərov

 





07.05.2025    çap et  çap et