525.Az

San-Fransisko körfəzində batmış gəmi 113 il sonra tapıldı


 

San-Fransisko körfəzində batmış gəmi 113 il sonra tapıldı<b style="color:red"></b> San-Fransisko körfəzində 1901-ci il fevralın 22-də batmış “Rio-de-Janeyro” adlı sərnişin gəmisinin qalıqları tapılıb.
 

525.az-ın AzərTAc-a istinadən məlumatına görə, bu barədə  “San Francisco Chronicle” qəzeti xəbər verib. Kapitan Uilyam Uardın səhvi nəticəsində qəzaya uğrayan və üzəri qalın gil qatı ilə örtülmüş gəmi batiskafla San-Fransiskodan cəmi bir kilometr aralıda, dənizin 87 metr dərinliyində aşkarlanıb.
 
Çindən ABŞ-a gedən gəmidə 210 sərnişin və heyət üzvü varmış. Onun qayalara çırpılaraq 10 dəqiqə ərzində batması 128 nəfərin ölümünə səbəb olmuşdu. Qəzadan yalnız 82 nəfər salamat qurtara bilmişdi.
 





16.12.2014    çap et  çap et