525.Az

İran XİN: Trampın Fars körfəzini Ərəb körfəzi adlandırmaq planları siyasi motivli bir addımdır


 

İran XİN: Trampın Fars körfəzini Ərəb körfəzi adlandırmaq planları siyasi motivli bir addımdır<b style="color:red"></b>

ABŞ Prezidenti Donald Trampın Fars körfəzini Ərəb körfəzi adlandırmaq planları Tehrana qarşı siyasi motivli və düşməncəsinə bir addımdır.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi sosial şəbəkədə bildirib.

"İstənilən düşünülməmiş addım qanuni olmayacaq və coğrafiyaya təsir göstərməyəcək, yalnız İranda, ABŞ-də və bütün dünyada iranlıların, əhalinin bütün təbəqələrinin və müxtəlif siyasi əqidə sahiblərinin ciddi narazılığına səbəb olacaq", - o qeyd edib.

Daha əvvəl AP agentliyi adı açıqlanmayan amerikalı rəsmilərə istinadən bildirmişdi ki, D.Tramp gələn həftə Səudiyyə Ərəbistanına səfəri zamanı ABŞ-nin Fars körfəzini Ərəb körfəzi adlandıracağını elan etmək niyyətindədir.

 





07.05.2025    çap et  çap et