Baş nazir İrakli Kobaxidze “Gürcü Arzusu”nun sədri seçildi.
525.az Report-a istinadən xəbər verir ki, Kobaxidze Tbilisidə keçirilən qurultayda seçilib.
Partiyanın əvvəlki sədri İrakli Qaribaşvili siyasətdən getdiyini bəyan etdikdən sonra bu vəzifə boş qalmışdı.
Qeyd edək ki, İrakli Kobaxidze 2021–2024-cü illər ərzində də “Gürcü Arzusu”nun sədr vəzifəsini icra edib.
çap et