525.Az

Serbiya Prezidenti Rusiyaya səfərə yola düşüb


 

Serbiya Prezidenti Rusiyaya səfərə yola düşüb<b style="color:red"></b>

Serbiya Prezidenti Aleksandr Vuçiç səhər Belqradda Böyük Britaniya və Rusiya səfirləri ilə keçirdiyi görüşdən sonra mayın 9-da Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Moskvaya yollanıb.

525.az bu barədə “Report” a istinadən xəbər verir. 

A.Vuçiç həmçinin rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparmağı planlaşdırır.

Xəbər verildiyi kimi, Serbiya Prezidenti səhhətinin pisləşməsi ilə əlaqədar ABŞ-yə rəsmi səfərini yarımçıq qoyaraq ölkəyə qayıtmş və Belqradda Hərbi Tibb Akademiyasına müraciət etmişdi.

 





07.05.2025    çap et  çap et