525.Az

Paşinyan: Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi planlaşdırılmır


 

Paşinyan: Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi planlaşdırılmır<b style="color:red"></b>

Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsünün irəli sürülməsi planlaşdırılmır.

525.az “Report” -a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan bildirib.

"Biz növbədənkənar parlament seçkiləri keçirmək niyyətində deyilik. Hökumət planlı rejimdə işləyir", - o, jurnalistlərlə söhbətində qeyd edib.

Xatırladaq ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ilin iyun ayına planlaşdırılıb.

 





07.05.2025    çap et  çap et