525.Az

İndoneziyada ağır yol qəzası - 11 müəllim həlak oldu


 

İndoneziyada ağır yol qəzası - <b style="color:red"> 11 müəllim həlak oldu</b>

İndoneziyanın Mərkəzi Yava bölgəsində ağır yol qəzası baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 11 nəfər həlak olub.

Mikroavtobusda yer alan və həyatını itirən şəxslərin hamısı Magelanq bölgəsindəki bağça müəllimləri olub.

Polis rəsmisi Endri Aqustiano bildirib ki, qəzaya yük maşınının idarəetməni itirərək mikroavtobusa çırpılması səbəb olub.

Qəza ilə bağlı araşdırma başlayıb.

İbrahim Cəfərov

 





07.05.2025    çap et  çap et