525.Az

Starmerdən Hindistan və Pakistana çağırış


 

Starmerdən Hindistan və Pakistana<b style="color:red"> çağırış</b>

Böyük Britaniyanın Baş naziri Kir Starmer Hindistan və Pakistana çağırış edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, münasibətləri gərginləşən iki dövləti dialoqa çağırıb.

Baş nazir iki ölkə arasında artan gərginliyin Böyük Britaniyada bir çoxları üçün əsas narahatlıq olacağını söyləyib.

“Biz gərginliyi azaltmaq, mülki insanları qorumaq və dialoqu təşviq etmək üçün hər iki ölkə, eləcə də digər beynəlxalq tərəfdaşlarımızla təcili şəkildə əlaqə saxlamağa çalışırıq”, - deyə K.Starmer bildirib.

İbrahim Cəfərov

 





07.05.2025    çap et  çap et