525.Az

Azərbaycan güləşçilərindən daha 2 medal


 

Azərbaycan güləşçilərindən daha 2 medal<b style="color:red"></b>

Türkiyənin Antalya şəhərində güləş üzrə gənclər (U20) arasında “Çempionlar” turniri davam edir.

525.az xəbər verir ki, ikinci yarış günündə 60, 72, və 87 kq-da yer alan yunan-Roma güləşçilərimiz mübarizə aparıb.

İlk gündə qazanılan nəticə təkrarlanıb. Bu dəfə 60 kq-da güləşən təmsilçilərimiz fəxri kürsüyə qalxıb. Ayxan Cavadov gümüş və Vədat Qasımlı bürünc medal qazanıb.

Qeyd edək ki, sabah 63, 82 və 130 kq-da yer alan güləşçilərimiz xalçaya çıxacaq.

 





08.05.2025    çap et  çap et