525.Az

Sumqayıtda emalatxanada partlayış olub, fəhlə xəsarət alıb


 

Sumqayıtda emalatxanada partlayış olub, fəhlə xəsarət alıb<b style="color:red"></b>

Sumqayıt şəhərində fəaliyyət göstərən emalatxanalardan birində partlayış olub, xəsarət alan var. 

525.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin "İnşaatçılar" yaşayış massivində yerləşən metaləritmə emalatxanasında qeydə alınıb.

Məlumata görə, hadisə emalatxanadakı sobanın partlaması nəticəsində baş verib.

Partlayış nəticəsində 1997-ci il təvəllüdlü Ağasəlim Abduləli oğlu Cəlilov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 





08.05.2025    çap et  çap et