525.Az

Mikayıl Cabbarov şagirdlərlə kitab müzakirə etdi


 

Mikayıl Cabbarov şagirdlərlə kitab müzakirə etdi<b style="color:red"></b>

Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə "Mütaliə mədəniyyətinin və oxuya motivasiyasının yüksəldilməsi" layihəsinin təqdimatı keçirilib.
 
Lent.az-ın məlumatına görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, yazıçılar, eləcə də Bakı və Sumqayıt məktəblərinin direktorları iştirak edib.
 
Məktəbin direktoru Yuliya Kərimova bildirib ki, layihənin məqsədi təhsil müəssisələrində mütaliə edən icmanın yaradılması vasitəsi ilə şagirdlərdə oxuya marağın artırılması, məktəblilərin bədii ədəbiyyat, sənədli əsər və digər mətn növləri ilə tanışlığını təşviq etməkdir.

Təhsil naziri Mikayıl Cabbarov çıxışı zamanı vurğulayıb ki, mütaliənin populyarlaşdırılması şagirdlərdə geniş dünyagörüşün formalaşmasına təsir göstərəcək. O, layihənin ümumtəhsil məktəb şagirdlərinin mütaliəyə həvəsini artıracağını və onların bədii estetik zövqünün inkişafına, mənəvi tərbiyəsinə müsbət təsir edəcəyini vurğulayıb.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar layihənin əhəmiyyətini yüksək dəyərləndirib. Təhsil Nazirliyinin şagirdlərdə mütaliə mədəniyyətinin yüksəldilməsi istiqamətində apardığı işləri təqdir edən AYB sədri bu prosesə dəstək verəcəklərini bildirib.

Sonra nazir, yazıçılar və müxtəlif yaş qruplarında təhsil alan şagirdlərdən təşkil olunan klubların üzvləri mütaliə etdikləri kitabları müzakirə ediblər.

 





16.12.2014    çap et  çap et