525.Az

RF MN: Rusiya qoşunları döyüş əməliyyatlarını dayandırıb


 

RF MN: Rusiya qoşunları döyüş əməliyyatlarını dayandırıb<b style="color:red"></b>

Rusiya qoşunlarının bütün qrupları 8 may saat 00:00-dan etibarən, döyüş əməliyyatlarını tam dayandırıb.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin faşizm üzərində Qələbənin 80 illiyi günlərində atəşkəs elan edərək, Rusiya ordusunun mayın 8-i saat 00:00-dan mayın 11-i saat 00:00-dək döyüş əməliyyatlarını dayandıracağını bildirib.

Buna cavab olaraq Ukrayna Prezidenti Volodimir Zelenski atəşkəsin 3 deyil, 30 günlük olmasında təkid edib.

 





08.05.2025    çap et  çap et