525.Az

Aİ Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən Ukraynaya 1 milyard avro köçürüb


 

Aİ Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən Ukraynaya 1 milyard avro köçürüb<b style="color:red"></b>

Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərinin yenidən investisiyasından əldə olunan gəlirlərdən növbəti tranş olaraq Ukraynaya 1 milyard avro köçürüb.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) iqtisadiyyat üzrə komissarı Valdis Dombrovskis bildirib.

"Bu gün biz Rusiyanın aktivlərindən əldə edilən gəlirlərdən Ukraynaya daha 1 milyard avro köçürdük", - o qeyd edib.

 

 





08.05.2025    çap et  çap et