525.Az

Gürcüstan vətəndaşlarının xaricə səfərlərində Azərbaycanın payı açıqlanıb


 

Gürcüstan vətəndaşlarının xaricə səfərlərində Azərbaycanın payı açıqlanıb<b style="color:red"></b>

Bu ilin yanvar-mart aylarında xaricə səfər etmiş Gürcüstan vətəndaşlarının 2,3 %-i Azərbaycana gəlib.

525.az bu barədə “Report”a istinadən xəbər verir.

Məlumata görə, xaricə gedən gürcüstanlıların 37,6 %-i Türkiyəyə, 18 %-i Avropa İttifaqı ölkələrinə, 14,3 %-i Ermənistana, 13,5 %-i Rusiyaya, 14,4 %-i isə digər ölkələrə səfər edib.

Xaricə səfərlərin 98,6 %-i təkrar səfərlər olub.

Hesabat dövründə Gürcüstandan xaricə 614,7 min nəfər səfər edib ki, bu da illik müqayisədə 4,4 % azdır.

 





08.05.2025    çap et  çap et