Şimali Koreya ilk dəfə olaraq Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya qoşun göndərdiyini təsdiqləyərək deyib: “Silahlı qüvvələrimiz neonasist Ukrayna qüvvələrinin məhv edilməsinə və Rusiya ərazisinin azad edilməsinə mühüm töhfə verib”.
525.az xarici mediaya əsasən xəbər verir ki, Şimali Koreya ilk dəfə olaraq Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya qoşun göndərdiyini rəsmən təsdiqləyib. Koreya İşçi Partiyası Mərkəzi Hərbi Komissiyasından verilən açıqlamada, imzalanan Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi çərçivəsində Rusiyaya qoşun göndərildiyi açıqlanıb.
Şimali Koreya əsgərlərinin Kursk vilayətində qəhrəmancasına uğur qazandığı bildirilən bəyanatda bu ifadələr yer alıb: "Rusiyanın Ukraynaya avantürist işğalını dəf etmək üçün həyata keçirilən Kursk vilayətinin azad edilməsi əməliyyatı qələbə ilə başa çatıb. Silahlı qüvvələrimiz yüksək döyüş ruhunu və hərbi əzmkarlığını tam şəkildə nümayiş etdirib. Bizim silahlı qüvvələrimiz neonasist Ukrayna qüvvələrinin məhv edilməsinə və Rusiya ərazisinin azad edilməsinə mühüm töhfə verib”.
Malik Atilay
çap et