525.Az

Nigeriyada qeyri-qanuni neftin saxlandığı evdə partlayış: 5 nəfər ölüb


 

Nigeriyada qeyri-qanuni neftin saxlandığı evdə partlayış: <b style="color:red">5 nəfər ölüb</b>

Nigeriyanın neftlə zəngin Rivers əyalətində qeyri-qanuni neftin saxlanıldığı evdə baş verən partlayış nəticəsində 5 nəfər həlak olub.

525.az xarici mediaya istinadən xəbər verir ki, milli mətbuatda yer alan xəbərlərə görə, Rivers ştatının Omoku bölgəsində qaçaqmalçılıq yolu ilə gətirilən neftin emal edildiyi və saxlandığı evdə partlayış baş verib.

Partlayışda 5 nəfər yanaraq ölüb, çoxlu sayda insan yaralanıb.

Afrikanın neft və təbii qazla zəngin ölkəsi olan Nigeriyada zaman-zaman neft oğurluğu hadisələri baş verir. Ölkədə neft oğurluğunun artması ölkə iqtisadiyyatına ciddi ziyan vurur.

Qeyd edək ki, hökumət ölkədə artan neft oğurluğu və boru kəmərlərinə hücumlar səbəbindən 2023-cü ildə 3 milyard dollardan çox itkiyə məruz qalacağını açıqlamışdı.

Malik Atilay 

 





29.04.2025    çap et  çap et