525.Az

Nazir yeni ədəbiyyat istəyir


 

Nazir yeni ədəbiyyat istəyir<b style="color:red"></b>

“Düşünmürəm ki, bu gün uşaq ədəbiyyatına maraq yoxdur. Müasir dövrdə yazılan uşaq ədəbiyyatına nəzər saldıqda görərik ki, bu gün tirajlarla satılan, nəşr olunan, hətta filmlər şəklində ekranlara çıxan uşaq ədəbiyyatı nümunələri var”.

Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, Azərbaycan ədəbiyyatı da dünya ədəbiyyatının tərkib hissəsi və özünə məxsus yeri tutduğuna görə, bu prosesdən kənarda deyil.
 
“Təhsil Nazirliyi olaraq onu vurğulayırıq ki, məzmunun yaradılması təhsil məmurları tərəfindən həyata keçirilə bilməz. Təhsil Nazirliyi olaraq Yazıçılar Birliyinə, yazıçılara müraciət edirik ki, yeni hekayələrin  yazılmasına böyük ehtiyacımız var. Bu ehtiyacı öz tərəfimizdən duyuruq”.
 
Təhsil naziri bununla bağlı müsabiqə elan edildiyini də bildirib. “Bu müsabiqə yeni əsərlərin yaradılması, uşaq ədəbiyyatının yaradılmasına marağı oyatmağa və canlandırmağa yönəlib”.

 





16.12.2014    çap et  çap et