525.Az

Özbəkistanda ilk: bir ayda ölkəyə 1 milyondan çox xarici turist gəlib


 

Özbəkistanda ilk: bir ayda ölkəyə 1 milyondan çox xarici turist gəlib<b style="color:red"></b>

2025-ci ilin aprelində Özbəkistan ilk dəfə bir milyondan çox xarici turist qəbul edib.

525.az xəbər verir ki, bu barədə ölkənin Turizm Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, turist axınındakı artım dövlətin bu sahənin inkişafı istiqamətində ardıcıl siyasətinin nəticəsidir. Xüsusilə, viza rejiminin liberallaşdırılmasına yönəlmiş islahatların fəal şəkildə həyata keçirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, eləcə də ölkənin aparıcı qlobal turizm sərgi və forumlarında iştirakı Özbəkistanın xarici qonaqlar üçün cəlbediciliyinə müsbət təsir göstərib.

Özbəkistan Prezidentinin fərman və sərəncamları çərçivəsində həyata keçirilən turizm sektoruna investisiyaların cəlb edilməsi və turizm infrastrukturunun inkişafına yönəlmiş strateji tədbirlər də mühüm rol oynayır.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici turistlərin sayı 361,2 min nəfər və ya 37,1 faiz artıb. Gələcəkdə yeni sahələrin, o cümlədən ekoloji və dayanıqlı turizmin inkişafı, beynəlxalq standartlara cavab verən xidmətlərin çeşidinin genişləndirilməsi nəzərdə tutulur. Bu, Özbəkistanın dünya turizm xəritəsindəki mövqeyini gücləndirəcək.

Pərvanə Sultanova

 





08.05.2025    çap et  çap et