525.Az

Peruda 5,5 maqnitudalı zəlzələ olub


 

Peruda 5,5 maqnitudalı zəlzələ olub<b style="color:red"></b>

Peruda Ekvadorla sərhədə yaxın 5,5 maqnitudalı zəlzələ qeydə alınıb.

525.az "Report" -a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.

Mərkəzin məlumatına görə, zəlzələnin episentri Tumbes şəhərindən 23 km cənub-qərbdə, ocağı isə 45 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

 





08.05.2025    çap et  çap et