Argentinanın cənubunda Uşuayyada 7,4 bal gücündə zəlzələ baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Argentina və Çilidə baş verən zəlzələdən sonra sunami xəbərdarlığı edilib.
ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin ölkənin Uşuayya şəhərindən 219 kilometr cənubda olduğunu açıqlayıb.
Təxminən 10 kilometr dərinlikdə baş verən zəlzələ Argentinanın Rio-Qrande şəhərində və qonşu Çilidə də hiss olunub.
Argentina mətbuatının məlumatına görə, zəlzələdə can və mal itkisi qeydə alınmayıb.
Çili Milli Fəlakətin Qarşısının Alınması və Müdaxilə Xidmətinin (SENAPRED) X hesabından edilən şərhdə, sunami təhlükəsi səbəbiylə Antarktika və Magallan bölgələrinin sahil şəhərlərində ehtiyat tədbiri olaraq evakuasiya xəbərdarlığı edildiyi ifadə edilib.
Malik Atilay
çap et