525.Az

Husilər İsrailin Ben Qurion hava limanını vurub


 

Husilər İsrailin Ben Qurion hava limanını vurub<b style="color:red"></b>

Yəməndəki husilər Tel-Əvivdəki Ben Qurion hava limanını raketlə vurub.

525.az xarici KİV-ə əsasən xəbər verir ki, İsrail ordusundan verilən açıqlamaya görə, bir raketin İsrailin mərkəzinə düşdüyü bildirilib.

Dövlət televiziyası KAN həmçinin Tel-Əvivdəki Ben Qurion hava limanının vurulduğunu və hücum səbəbilə ərazinin uçuş və eniş üçün bağlandığını bildirib.

Hücumdan sonra raketin düşdüyü yerdə 15 metr enində dəlik yaranıb.

İsrailin təcili yardım xidməti Magen David Adom (Davidin Qırmızı Ulduzu) tərəfindən edilən açıqlamada hücumda 4 nəfərin yaralandığı bildirilib.

Açıqlamada kəllə-beyin travması alan iki qadının və 64 yaşlı kişinin yüngül, 50 yaşlı kişinin isə orta-ağır bədən xəsarətləri aldığı bildirilib.

Malik Atilay 

 





02.05.2025    çap et  çap et