Aprelin 26-da İranın Bəndər-Abbas şəhərində nəhəng partlayışın baş verdiyi Şəhid Rəcai limanında konteynerlər daşınarkən yanğının yenidən baş verdiyi, lakin qısa müddətdə söndürüldüyü bildirilib.
525.az xarici KİV-ə əsasən xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, Hörmüzqan vilayətinin Bəndər-Abbas şəhərindəki Şəhid Rəcai limanında yanğın baş verib.
Bildirilib ki, konteynerlər daşınarkən konteyner yığma maşınlarından birinin hidravlik nasosunun sıradan çıxması nəticəsində ətrafa yanacaq dağılması nəticəsində baş verən yanğın qısa zamanda söndürülüb.
Malik Atilay
çap et