“... İnsan öz kədərini bölüşəndə - kədər kiçilir,
Sevincini bölüşəndə - sevinc böyüyür...”
Bir Ağsaqqal Dostumuzun sözüdür: Birinə dedi ki, sən elə bir nəsildənsən ki, yaxşısından yaxşısı yoxdur, pisindən də pisi...
lll
Etdiyin Yaxşılığı yadında çox saxlamasan yaxşıdır...
lll
Qabaqda gedirsənsə , təhlükə həm də... arxadadır...
lll
Boyu dartmaqla ucaltmaq olmaz!..
lll
Çörəyi Allah mədəsi olana yox, ÜrƏyi olana verir...
lll
Söz qurudan boğazı su isladar, amma açmaz...
lll
Sən özünü güzgüdƏ də görə bilmirsən?!.
lll
Hər mƏrd savab yiyəsi olmur...
lll
Ovucun içində nə ləl qalır, nə də sirr - nə vaxtsa ovcun özün kimi açılıb töküləcək...
lll
Ayırd et və ayıq ol: bu təzim sənədir, yoxsa kürsünə?..
lll
Yatanda da oyaq yat, bəlkə səni oyadan olmadı...
lll
QƏrib dərdli yaşar, dərdli də ölər...
lll
Özün qazanmadığın kürsü səni qaldırmayacaq...
lll
Uzanan dırnağın da artıq deyil, hərdən... gərəyin olur
lll
Ən böyük varın - çiynin üstündəki başındır, ən son qazancın - mədəndəki tikən...
lll
HƏyat oyundur, amma Əsl dost nə bir-birilə oynar, nə də bir-birinə qarşı...
lll
Böyründən biganə keçəcəyin və tanımadığın adamla nə vaxtsa qarşılaşa bilərsən, sənə yaxşılığı və pisliyi keçə bilər. Vaxtı -Vədəsi var...
lll
Deyirlər tək əldən səs çıxmaz, bəs üzə dəyəndə çıxan səs nədir?
lll
Özünü çaşdırma, əyilən yükün bəndənin yox, Allahın əlindədir...
lll
Paxıllıq elə yaradır ki, nə qədər örtsən də, qanayıb açılacaq...
lll
Əlini açmayanın əlini açarlar...
lll
İnsanın böyüklüyü boyunda deyil, ürƏyindƏdir...
lll
Gözlərini sıxıb ağlayarsan, ürəyini tutub ağrıyarsan.
lll
Coşqun və emosional İNSAN qəzəbli olar, amma kinli ola bilməz...
lll
Hər ölənin son vƏsiyyƏti səmimi olmur - bunu diriykən fikirləşməliydin...
lll
Pislik etdiyindən yox, yaxşılıq və yaxınlıq etdiyin kəsdən gözləmədiyin Xəyanət və Zərbə səni yandırar...
lll
Ucalıqdan yox, Böyüklüyündən duya bilirsən...
lll
ƏyilmƏyin - qalxmağın üçündürsə, şərəf gətirməz...
lll
Dolana-dolana, sallana-sallana, fırlana-fırlana yaşamağa nə lüzum var, ay Allah bəndəsi?!
lll
Ürəyin də "büdcəsi" var və bədəndə ən çox qidalanan da ürəkdir - yaxşı duyğular qidalandırar, pislər yeyər...
lll
Yatanda uzanırsan, yeriyəndə durursan - ömürdür - biri geriyə, digəri irəli aparır.
lll
Nədəndir belə, ən çox qorxan SƏsindir?!.
lll
Küləklər əsməsə kainat səslənməz, dünya kar olar...
lll
Evində böyüdüb əzizlədiyin Qızın başqa evdə yaxşı Gəlin ola biləcəkmi? Bax, bu, TALEYİN düsturu və sualıdır...
lll
Güzəşt limiti bitəndə Qəzəb sel kimi coşar...
lll
Vəd verəndə unutma ki, vədəsi də olacaq...
lll
Etdiyin yaxşılıqlar rəfə yığılan kitab kimidir: vədəsi yetişəndə oxunacaq...
lll
Hər hansı bir şahid - istər dili olsun, ya lal - fərq etməz - şahiddir....
lll
Uzadılan söhbət mütləq çürüyəcək...
lll
Kiminsə başına fəlakət gəlirsə, özünü onun yerinə qoy və dərdini başa düş, səndən ötüb yan keçəcək.
lll
Özünü öyən, gözünü döyən - hər ikisi sabun köpüyüdür, gərəksizdir...
lll
Ağzının tamını bilməyən, Sözünün də dadını bilməz...
lll
Qılıncın qəhrəmanlığı heç də sənin gücün deyil !..
lll
Qoltuq altında böyüyən insan süni yetişdirilən meyvə kimidir - dadı-ləzzəti olmur...
lll
Hər Şəxsiyyət yaşadığı Tarixə və Zamana oxşayır...
lll
Bir-birini təkzib edən fikirlərlə yaşamırsansa, deməli, özünü aldadırsan və özünə də tənqidi yanaşmırsan...
lll
Ağıllı adam özü uzağa gedə bilməsə də fikirləri gedər...
lll
Artıq doğulmuşların ölümü fəlakət deyil, bəşəriyyətin saflaşmasıdır...
lll
Dostum yaxşı deyir: yeznə - "əlavə dəyər vergisidir".
lll
Paxırın açılırsa - axırındır...
lll
İnsan kədərli anlarda özü-özünə daha çox hesabat verir.
lll
Tənhalıq - bəzən bəlalara yol açır...
lll
Nə axtardığını bilməyən kəs heç vaxt heç nə tapmayacaq
lll
Çox fəallığın ziyanı da olur
lll
Anam qarğışdan qorxardı, ananın qarğışı övladı tez tutar-deyərdi...
lll
Oynadığın adama diqqətlə bax, bəlkə, o səni səndən də yaxşı görür?!
lll
Nadürüstlük Zatdan gəlir
lll
Niyə inildəyirsən, yoxsa bəlanın bəlasını çəkirsən?!.
lll
Tikənin yekəsi mədədə qalar...
lll
Qalxa bilmirsənsə, bəs nəyə doğru sürünürsən?!.
lll
Otlar bir rəngdədir - Çiçəklər min rəngdə...
lll
Qəlbin qüruru - ən böyük Ucalıqdır!
lll
Qonşunun gözü sənin qapındadır...
lll
Yuxunu qarışdırıb cırıldayan cırcırama da, yolunu qazıb, suyunu kəsən qonşu da mərdiməzar nəsildəndir...
lll
Şad-xürrəm yaşadığın həyatının böyründə səninlə qarabaqara gəzən Şeytan - Paxıllıqdır
lll
Canın ağrıyanda dünya faniləşir
lll
Qəlbin hökmü insanları çox bəlalara düçar edər...
lll
Ailədə və dostluqda çox şeyin üstünə getməzlər...
lll
Əlin içi bir başqa, çölü bir başqa...
lll
Dözümlülük - - çox-çox bəlalardan səni xilas edəcək...
lll
Çiçəklər çəmənliyi və otları göstərir, gözlər də... Səni...
lll
Gözünü qıyıb baxan adam paxıl olar
lll
Yolçu yolda bir ayağıyla səmt tutar
lll
Hər bir dahi insanın mütləq bir qüsuru olmalıdır...
lll
Yeriyəndə şəstnən, davranışda güzəştnən
lll
Görünən yara sağalar, görünməyən yara qor alar...
lll
Qarşılıqlı olmayan münasibətlər uçqu verən torpaq kimidir...
lll
Fərqlilik - paxıllıq gətirər
lll
Günlər - saymaq üçündür... Lakin hərə bir cürə sayır günlərini
lll
Səxavətin ölçüsü olmur...
lll
Dözüm və Səbr - çətin günlərin yarağıdır
lll
Səni aparacaq ölüm hara?! Səni yaşadacaq ölüm hara?!.
lll
Sonda Səmimiyyət qalib gəlir, Əzizim!