525.Az

Yarpaq tökümü və yaxud Düşüncələrim...


 

Yarpaq tökümü və yaxud Düşüncələrim...<b style="color:red"></b>

“... İnsan öz kədərini bölüşəndə - kədər kiçilir,

                         Sevincini bölüşəndə - sevinc böyüyür...”

 lll

Bir Ağsaqqal Dostumuzun sözüdür: Birinə  dedi ki, sən elə bir nəsildənsən ki, yaxşısından yaxşısı yoxdur, pisindən  də pisi...

lll

Etdiyin Yaxşılığı yadında çox saxlamasan yaxşıdır...

lll

Qabaqda gedirsənsə , təhlükə həm də... arxadadır...

lll 

Boyu dartmaqla ucaltmaq olmaz!..

lll

Çörəyi  Allah mədəsi olana yox, ÜrƏyi olana verir...

lll 

Söz qurudan boğazı su isladar, amma açmaz...

lll 

Sən özünü güzgüdƏ görə bilmirsən?!.

lll 

Hər mƏrd savab yiyəsi olmur...

lll 

Ovucun içində ləl qalır, sirr - vaxtsa ovcun özün kimi açılıb töküləcək...

lll 

Ayırd et ayıq ol: bu təzim sənədir, yoxsa kürsünə?..

lll 

Yatanda da oyaq  yat,  bəlkə səni oyadan olmadı...

lll 

QƏrib dərdli yaşar,  dərdli ölər...

lll 

Özün qazanmadığın kürsü səni qaldırmayacaq...

lll 

Uzanan dırnağın da artıq deyil, hərdən... gərəyin olur

lll 

Ən böyük varın  -  çiynin üstündəki  başındır, ən son qazancın -  mədəndəki tikən...

lll 

HƏyat oyundur,  amma  Əsl dost bir-birilə oynar, bir-birinə qarşı...

lll

Böyründən biganə keçəcəyin tanımadığın adamla vaxtsa qarşılaşa bilərsən,  sənə yaxşılığı pisliyi keçə bilər. Vaxtı -Vədəsi var...

lll

Deyirlər tək  əldən səs çıxmaz, bəs üzə dəyəndə çıxan səs nədir?

lll

Özünü çaşdırma, əyilən yükün bəndənin yox,  Allahın əlindədir...

lll

Paxıllıq elə yaradır ki, qədər örtsən , qanayıb açılacaq...

lll

Əlini açmayanın əlini açarlar...

lll

İnsanın böyüklüyü boyunda deyil, ürƏyindƏdir...

lll

Gözlərini sıxıb ağlayarsan, ürəyini tutub ağrıyarsan.

lll

Coşqun emosional İNSAN qəzəbli olar, amma kinli ola bilməz...

lll

Hər ölənin son vƏsiyyƏti səmimi  olmur - bunu  diriykən fikirləşməliydin...

lll

Pislik etdiyindən yox, yaxşılıq yaxınlıq etdiyin  kəsdən  gözləmədiyin Xəyanət Zərbə səni yandırar...

lll

Ucalıqdan yox, Böyüklüyündən duya bilirsən...

lll

ƏyilmƏyin  - qalxmağın üçündürsə, şərəf gətirməz...

lll

Dolana-dolana, sallana-sallana, fırlana-fırlana yaşamağa lüzum var, ay Allah bəndəsi?!

lll

Ürəyin  "büdcəsi"  var bədəndə ən çox  qidalanan da ürəkdir - yaxşı duyğular qidalandırar, pislər yeyər...

lll

Yatanda uzanırsan, yeriyəndə durursan - ömürdür  -  biri  geriyə, digəri irəli aparır.

lll

Nədəndir  belə, ən çox qorxan SƏsindir?!.

lll

Küləklər əsməsə  kainat səslənməz, dünya kar olar...

lll

Evində böyüdüb əzizlədiyin Qızın başqa evdə yaxşı Gəlin ola biləcəkmi? Bax, bu, TALEYİN düsturu sualıdır...

lll

Güzəşt limiti bitəndə Qəzəb sel kimi coşar...

lll

Vəd verəndə unutma ki, vədəsi olacaq...

lll

Etdiyin yaxşılıqlar rəfə yığılan kitab  kimidir: vədəsi yetişəndə oxunacaq...

lll

Hər hansı bir şahid -  istər dili olsun, ya lal -  fərq etməz - şahiddir....

lll

Uzadılan söhbət mütləq çürüyəcək...

lll

Kiminsə başına fəlakət gəlirsə, özünü onun yerinə qoy dərdini başa düş, səndən ötüb yan keçəcək.

lll

Özünü öyən, gözünü döyən - hər ikisi sabun köpüyüdür, gərəksizdir...

lll

Ağzının tamını bilməyən, Sözünün dadını bilməz...

lll

Qılıncın qəhrəmanlığı heç sənin gücün deyil !..

lll

Qoltuq altında böyüyən insan  süni yetişdirilən meyvə kimidir  -  dadı-ləzzəti olmur...

lll

Hər Şəxsiyyət yaşadığı Tarixə Zamana oxşayır...

lll

Bir-birini təkzib edən fikirlərlə yaşamırsansa, deməli,  özünü aldadırsan özünə tənqidi yanaşmırsan...

lll

Ağıllı adam  özü uzağa gedə bilməsə fikirləri gedər...

lll

Artıq doğulmuşların  ölümü  fəlakət deyil, bəşəriyyətin saflaşmasıdır...

lll

Dostum yaxşı deyir:  yeznə - "əlavə dəyər vergisidir".

lll

Paxırın açılırsa - axırındır...

lll

İnsan kədərli anlarda özü-özünə daha çox hesabat verir.

lll

Tənhalıq - bəzən  bəlalara yol açır...

lll

axtardığını bilməyən kəs heç vaxt heç tapmayacaq

lll

Çox fəallığın ziyanı da olur

lll

Anam qarğışdan qorxardı,  ananın qarğışı övladı tez tutar-deyərdi...

lll

Oynadığın adama diqqətlə bax,  bəlkə, o səni səndən yaxşı görür?!

lll

Nadürüstlük  Zatdan  gəlir

lll

Niyə inildəyirsən, yoxsa bəlanın bəlasını çəkirsən?!.

lll

Tikənin yekəsi mədədə qalar...

lll

Qalxa bilmirsənsə, bəs nəyə doğru sürünürsən?!.

lll

Otlar bir rəngdədir - Çiçəklər min rəngdə...

lll

Qəlbin qüruru - ən böyük Ucalıqdır!

lll

Qonşunun gözü sənin qapındadır...

lll

Yuxunu qarışdırıb cırıldayan cırcırama da,  yolunu qazıb, suyunu kəsən qonşu da mərdiməzar nəsildəndir...

lll

Şad-xürrəm yaşadığın həyatının böyründə səninlə qarabaqara gəzən Şeytan - Paxıllıqdır

lll

Canın ağrıyanda dünya faniləşir

lll

Qəlbin hökmü insanları çox bəlalara düçar edər...

lll

Ailədə dostluqda çox şeyin üstünə getməzlər...

lll

Əlin içi bir başqa, çölü bir başqa...

lll

Dözümlülük - - çox-çox bəlalardan səni xilas edəcək...

lll

Çiçəklər çəmənliyi otları göstərir,  gözlər ... Səni...

lll

Gözünü qıyıb baxan  adam paxıl olar

lll

Yolçu yolda bir ayağıyla səmt tutar

lll

Hər bir dahi insanın mütləq bir qüsuru olmalıdır...

lll

Yeriyəndə şəstnən, davranışda güzəştnən

lll

Görünən yara sağalar, görünməyən yara qor alar...

lll

Qarşılıqlı olmayan münasibətlər uçqu verən torpaq kimidir...

lll

Fərqlilik - paxıllıq gətirər

lll

Günlər - saymaq üçündür... Lakin hərə bir cürə sayır günlərini

lll

Səxavətin ölçüsü olmur...

lll

Dözüm Səbr  -  çətin günlərin yarağıdır

lll

Səni aparacaq ölüm hara?! Səni yaşadacaq ölüm hara?!.

lll

Sonda Səmimiyyət qalib gəlir, Əzizim!

 





16.12.2014    çap et  çap et