525.Az

Parapauerliftinq üzrə Azərbaycan millisi Dünya Kubokunda iştirak edəcək


 

Parapauerliftinq üzrə Azərbaycan millisi Dünya Kubokunda iştirak edəcək<b style="color:red"></b>

Parapauerliftinq üzrə Azərbaycan yığması mayın 10-12-si aralığında Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Dünya Kubokunda iştirak edəcək.

525.az-a bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Yarışda kişi idmançılarımızdan Pərvin Məmmədov (49 kq), Rəsul Zəkiyev (88 kq), Şamo Aslanov (+107 kq) və Talib Zeynalov (+107 kq), qadınlardan isə Zəhra Dadaşova (61 kq) ilə Leyla Kərimova (73 kq) mübarizə aparacaqlar.

 





09.05.2025    çap et  çap et