525.Az

ABŞ-da 1000-dən çox insan qızılcaya yoluxub


 

ABŞ-da 1000-dən çox insan qızılcaya yoluxub<b style="color:red"></b>

ABŞ-da qızılcaya yoluxanların sayı 1000-i ötüb

525.az APA ya istinadən xəbər verir ki, bu haqda “Bloomberg“ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə istinadən məlumat yayıb.

Son bir həftə ərzində 66 yeni yoluxma aşkar edilib ki, bu da əvvəlki göstəricidən 7% çoxdur. Hazırda 30 ştatda xəstəliyin yayılma halları qeydə alınıb.

2025-ci ilin aprel ayında yoluxmuş insanların sayının 561 nəfərə çatdığı Texasda yoluxmaların kəskin artması müşahidə olunur.

 





10.05.2025    çap et  çap et