525.Az

ADİU Anadolu Universiteti ilə əməkdaşlıq edəcək


 

ADİU Anadolu Universiteti ilə əməkdaşlıq edəcək<b style="color:red"></b> Dekabrın 16-da Anadolu Universitetinin rektoru, professor Naci Gündoğan Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olub.

525.az-ın universitetin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, ADİU-nun rektoru, professor Ədalət Muradovla görüşdə iki universitet arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
 
Görüş zamanı ali təhsil ocağında tədrisin keyfiyyətinin daha da artırılması, ADİU əməkdaşlarının Anadolu Universitetində elmi təcrübə keçməsi və araşdırmaların aparılması, eyni zamanda dərs proqramları, birgə distant təhsil və ortaq dərslik proqramlarının hazırlanması barədə qərara gəlinib.

Qeyd edək ki, 1958-ci ildə təsis edilən Anadolu Universiteti 17 fakültə üzrə kadrlar hazırlayır. İki milyon tələbəsi olan ali təhsil ocağı Türkiyənin ən böyük distant təhsil fakültəsinə malikdir.
 





16.12.2014    çap et  çap et