525.Az

"Panasonic" şirkəti 5 min işçisini ixtisar edir


 

"Panasonic" şirkəti 5 min işçisini ixtisar edir<b style="color:red"></b>

Yaponiyanın elektronika nəhəngi “Panasonic” şirkəti bir neçə ölkədəki əməkdaşlarının təxminən 5 faizini ixtisar etməyi planlaşdırır.

525.az APA-ya istinadla xəbər verir ki, bu addım zərərli biznesə yönələn köklü dəyişikliyin bir hissəsidir.

Erkən pensiya proqramı kimi tədbirlər vasitəsilə bu maliyyə ilində həm ölkə daxilində, həm də xaricdə 5 min iş yeri bağlanacaq.

Bağlanan iş yerlərinin böyük hissəsi satış və idarəetmə bölmələrinə düşəcək.

Şirkət televizor biznesini satmağı, habelə məişət texnikası, kondisionerlər və işıqlandırma sahəsində ixtisaslaşan bölməni yenidən təşkil etməyi düşünür.

 





11.05.2025    çap et  çap et