525.Az

İran və ABŞ arasında danışıqların növbəti raundu yaxın zamanda baş tutacaq


 

İran və ABŞ arasında danışıqların növbəti raundu yaxın zamanda baş tutacaq<b style="color:red"></b>

ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının nizamlanması məqsədilə danışıqların növbəti raundu yaxın vaxtlarda keçiriləcək.

525.az "Report" a istinadən xəbər verir ki, bu barədə İranın dövlət televiziyası IRIB məlumat yayıb.

Qeyd edək ki, bu gün Maskatda yüksək səviyyəli dördüncü danışıqlar raundu başa çatıb. Danışıqlar ekspertlərin texniki məsləhətləşmələri ilə paralel şəkildə aparılıb. Tərəflər Oman hakimiyyətinin vasitəçiliyi ilə bilavasitə dialoqu davam etdirmək barədə razılığa gəliblər.

 





11.05.2025    çap et  çap et