525.Az
Fərhad Göçər Gəncədə konsert verəcək
Türkiyənin məşhur müğənnilərindən olan Fərhad Göçər dekabrın 22-də Gəncə şəhərində konsert verəcək.
Lent.az-ın məlumatına görə, bu barədə prodüser Tolik (Tarix Əliyev) “İnstagram” səhifəsində məlumat verib.
O, bildirib ki, türkiyəli müğənnin konserti Gəncədə İcra hakimiyyətinin qarşısında olacaq. Həmin gün eyni səhnəni xalq artisti Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova və Natiq ritm qrupu bölüşəcək.
Prodüser onu da əlavə edib ki, konserti Gəncə İcra hakimiyyəti təşkil edəcək.
16.12.2014
çap et