525.Az

Çin Yerin elektromaqnit sahəsini izləmək üçün peykləri orbitə buraxıb


 

Çin Yerin elektromaqnit sahəsini izləmək üçün peykləri orbitə buraxıb<b style="color:red"></b>

Çin Yerin elektromaqnit sahəsini izləmək üçün “Yaogan-40-02” peykləri qrupunu uğurla orbitə çıxarıb.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası məlumat yayıb.

Qeyd olunub ki, buraxılış Tayyuan kosmodromundan Pekin vaxtı ilə saat 21:27-də (Bakı vaxtı ilə 17:27) “CZ-6A” daşıyıcı raketindən istifadə etməklə həyata keçirilib. Bu, Çançjen seriyası raketlərinin 574-cü buraxılışıdır.

Modifikasiya edilmiş iki mərhələli “CZ-6A” 50 m uzunluğundadır və ekoloji cəhətdən təmiz yanacaqla - kerosin və maye oksigen qarışığı ilə işləyir. Qeyd edək ki, 2024-cü ildə Çin 68 buraxılış həyata keçirib.

 





11.05.2025    çap et  çap et