PKK terror təşkilatı özünü ləğv etdiyini açıqlayıb.
525.az bu barədə “Milliyet”ə istinadən xəbər verir.
Bildirilir ki, ilk silahlı hücumunu 1984-cü ildə gerçəkləşdiren terror təşkilatı 41 il sonra Türkiyənin terror kabusundan qurtulması yolunda tarixi bir addım atıb.
Ötən həftə qurultayını topladığını açıqlayan PKK bu gün həmin qurultayın yekun bəyannaməsini dərc edib. Terror təşkilatı özünü ləğv etdiyini və silahlarını yerə qoyduğunu açıqlayıb.
İbrahim Cəfərov
çap et