525.Az

Xabi Alonso “Real”la 3 illik müqavilə imzalayıb


 

Xabi Alonso “Real”la 3 illik müqavilə imzalayıb<b style="color:red"></b>

“Bayer”in baş məşqçisi Xabi Alonso Madridin “Real” klubu ilə 2028-ci ilin yayına qədər müqavilə imzalayıb.

QOL.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano X sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, ispan mütəxəssis “Real”da işinə klublararası dünya çempionatından başlayacaq. Bu turnir 15 iyun-13 iyul tarixlərində ABŞ-da keçiriləcək. Ötən həftə Leverkuzenin “Bayer” klubunun mətbuat xidməti bildirib ki, komandanın baş məşqçisi Xabi Alonso cari mövsüm başa çatdıqdan sonra klubdan ayrılacaq.

Alonso 2022-ci ildən “Bayer”in baş məşqçisidir. Onun rəhbərliyi altında komanda Almaniya çempionu olub və ötən mövsüm ölkə kubokunu qazanıb.

 





12.05.2025    çap et  çap et