|
|
|
|
Hindistanın hava məkanı yenidən mülki aviasiya üçün tam açıqdır.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistan-Pakistan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar fəaliyyətini dayandırmış 32 hava limanı uçuşların qəbulunu və göndərilməsini bərpa edib.
Mayın 9-da tətbiq edilən məhdudiyyətlər ölkənin şimal və qərbindəki hava limanlarına təsir edib.
Vəziyyətə baxmayaraq, Dehlidəki İndira Qandi Beynəlxalq Hava Limanı adi qaydada, lakin gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə işləməyə davam edib.
Hava hərəkətinin tam bərpası barədə qərar sərhəddə gərginliyin azaldılması və vəziyyətin sabitləşməsi sayəsində mümkün olub.
Pərvanə Sultanova