525.Az

Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb


 

Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb<b style="color:red"></b>

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə hərbi xidmət müqaviləsi 2030-cu ilə qədər uzadılıb.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası aparatının mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Şoyqu 2012-ci ildən 2024-cü ilə qədər Rusiyanın müdafiə naziri vəzifəsini tutub. 2024-cü ilin mayın 12-dən RF Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışır.

 





12.05.2025    çap et  çap et