525.Az

“Mançester Yunayted”də 21-ci əsrin antirekordları


 

“Mançester Yunayted”də 21-ci əsrin antirekordları<b style="color:red"></b>

"Mançester Yunayted" ötən gecə İngiltərəPremyer Liqasında "Vest Hem"ə 0:2 hesabı ilə uduzub.

QOL.az xəbər verir ki, bu, "qırmızı şeytanlar"ın çempionatın cari mövsümündə 17-ci məğlubiyyəti olub.

"Squawka"nın yaydığı məlumata görə, "Mançester Yunayted" 51 ildən sonra ilk dəfə İngiltərə Premyer Liqasında 17 matçda uduzub.

Həmçinin klub öz tarixinin 1 antirekordunu da təkrarlayıb. "Mançester Yunayted” ardıcıl 7 oyundudr ki, qalib gələ bilmir. Sonuncu dəfə belə bir hadisə 1992-ci ildə baş verib.

Beləliklə, klub 21-ci əsrin iki şəxsi antirekorduna imza atıb.

Xatırladaq ki, 36 turdan sonra "Mançester Yunayted" 39 xalla Premyer Liqanın turnir cədvəlində 16-cı pillədə qərarlaşır.

 





12.05.2025    çap et  çap et