525.Az

Ukraynada 2 gənc polis naryadını partlatmaq istədi


 

Ukraynada 2 gənc polis naryadını partlatmaq istədi<b style="color:red"></b>

Rovnensk əyalətində 2 gənc polis naryadını partlatmaq istəyib.

525.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə baş prokurorluğun mətbuat xidməti məlumat yayıb.

2 gənc telefonla köməyə polis çağırıb. Polis naryadı atılmış binaya yaxınlaşdıqda isə kustar üsulla hazırlanmış bombanı işə salınıb. 

Partlayış nəticəsində polislərdən heç biri xəsarət almayıb. Gənclər isə həbs ediliblər.

Qeyd edək ki, bənzər hadisə bir neçə gün əvvəl Xarkovun 2 rayon polis şöbəsində yaşanıb. Polis şöbələrinin girişində partlayış törədən həddi-buluğa çatmamış oğlan və qız saxlanılıb.

L.Tağıyeva

 





12.05.2025    çap et  çap et