525.Az

Qətər hökümətindən Trampa qiymətli hədiyyə


 

Qətər hökümətindən Trampa qiymətli hədiyyə<b style="color:red"></b>

Kral ailəsi ABŞ prezidenti Donald Trampa "Boeing 747-8" markalı reaktiv təyyarə hədiyyə etməyi planlaşdırır.

525.az ABŞ mətbuatına istinadən xəbər verir ki, bu, indiyə kimi əcnəbi dövlətlərin ABŞ prezidentlərinə verdikləri ən qiymətli hədiyyə olacaq.

Belə ki, dəbdəbəli "Boeing 747-8"in qiyməti 400 milyon dollardır. Hədiyyə Trampın Qətərə gələn həftə planlaşdırılan səfəri çərçivəsində təqdim ediləcək.

Qeyd edək ki, bu, Tpampın 2-ci dəfə prezident seçilməsindən sonra ilk xarici səfəri olacaq.

L.Tağıyeva

 





12.05.2025    çap et  çap et