525.Az

Qızıl və gümüş bahalaşıb


 

Qızıl və gümüş bahalaşıb<b style="color:red"></b>

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

525.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 0,87% artaraq 3 256.20 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti də 1.81% artaraq 33.22 ABŞ dolları olub.

 





13.05.2025    çap et  çap et