|
|
|
|
"Türkiyə terrorla 41 illik mübarizəni zəfərlə bitirdi".
525.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər mayın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
Yaşar Gülər bundan sonra Türkiyədə sülh olacağına əminliyini bildirib və PKK-nın ləğvinin bölgə üçün əhəmiyyətinə toxunub.
Türkiyənin milli müdafiə naziri qardaş Azərbaycanın Silahlı Qüvvələri ilə əlaqələri genişləndirmək üçün gələcəkdə də əllərindən gələni edəcəklərini deyib.