525.Az

BANM-in rektoru tələbələrlə görüş keçirib


 

BANM-in rektoru tələbələrlə görüş keçirib<b style="color:red"></b>

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov tələbələrlə görüşlərini davam etdirir. O, bütün kurs və ixtisaslar üzrə ənənəvi görüşlər keçirərək tələbələrin fikirlərini dinləyib, suallarını cavablandırıb.

Bu barədə 525.az-a ali məktəbdən məlumat verilib.

Görüşlərdə təhsil prosesi, beynəlxalq təcrübə proqramları və təkliflər müzakirə olunub.

Rektor görüşlərdə BANM-in inkişaf strategiyası və tələbələrin inkişafı üçün yaradılan imkanlar barədə danışaraq bu görüşlərin qarşılıqlı etimadın gücləndirilməsinə xidmət etdiyini vurğulayıb.

Sevinc Qarayeva 

 





13.05.2025    çap et  çap et