525.Az

Kremlin sözçüsü: Rusiya İstanbulda Ukrayna ilə bağlı danışıqlara hazırlaşır


 

Kremlin sözçüsü: Rusiya İstanbulda Ukrayna ilə bağlı danışıqlara hazırlaşır<b style="color:red"></b>

Rusiya tərəfi mayın 15-də İstanbulda Ukrayna məsələsinin həlli ilə bağlı danışıqlara hazırlığı davam etdirir.

525.az “Report” a istinadən xəbər verir ki, bunu jurnalistlərə ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Rusiya tərəfi cümə axşamı keçirilməli olan danışıqlara hazırlaşmağa davam edir. Hələlik bundan başqa heç nəyi şərh etmək niyyətində deyilik", - o qeyd edib.

Mətbuat katibinin sözlərinə görə, Kreml İstanbul danışıqlarında iştirak edəcək Rusiya nümayəndə heyətinin tərkibini prezident Vladimir Putinin "bunu zəruri hesab etdiyi təqdirdə" elan edəcək.

Qeyd edək ki, V.Putin Kremldə keçirilmiş mətbuat konfransında Moskva və Kiyev arasında danışıqların yubanmadan və ilkin şərtlər olmadan mayın 15-də İstanbulda keçirilməsini təklif edib.

 





13.05.2025    çap et  çap et